Heyvanxanada kim yaşayır? Fillər, zürafələr, ayılar və pələnglər deyil, həm də buşmenlər, hindular, eskimoslar, zulsılar... Düzdür, dəhşətli səslənir, amma təxminən 100 il əvvəl Avropada insan heyvanat parklar çiçəklənməyə başlayıb. Orada Avropanın iyrənc siyasətindən kənarda qalan insanlar öz qəbilələrindən gətirilərək nümayiş etdirilirdi. Bu nümayişlərə xalqın bütün nümayəndələri qatılırdı, uşaqdan-böyüyə kimi. Əslən Asiya və Afrikadan gətirilən insanları meymunlarla eyniləşdirir və bildirilirdi ki, bu insanlar Darvinin təkamül nəzəriyyəsinin keçid həlqəsidirlər.
İnsan zooparkları müxtəlif şəhərlərdə təşkil edilirdi. Antverpen, London, Barselona, Paris, Milan, Nyu-York, Varşava, Hamburq. Bu sərgilərə 100 minlərlə yerli gəlirdi. Təkcə 1889-cu ildə Parisdə keçirilən "Zəncilər kəndi" Ümumdünya Sərgisinə 28 milyon insan gəlmişdi.
(Ümumdünya sərgisində "Zəncilər kəndi". 1889-cu il, Paris.)
İnsan sərgiləri almanlar arasında xüsusi ilə çox populyar idi. Burada əlbəttə ki, XIX əsrdə ziyalıları əhatə edən sosial darvinizm ideyaları mühüm rol oynamışdı. “Zənci kəndi”ni Bismark və imperator II Vilhelm xüsusi maraqla izləyirmiş.
İllər keçdikcə irqi ayrı-seçkilik ifrat dərəcəyə çatır və 1900-cü illərin əvvəllərində qaradərililərin saxlandığı zooparklarda onları heyvanları gəzdirməyə, güləşməyə, ox ataraq ziyarətçiləri əyləndirməyə məcbur edirlər.
1930-cu illərdə Londonda da bu iyrənc əməllər icra olunmağa başlayır. Qaradərili insanları zəncirləyir, küçələrdə gəzdirərək başqalarını əyləndirirdilər.
Analoji vəziyyət Fransa da hökm sürüb. Belə ki, 1934-cü ildə Sent-Luis şəhərində “Vəhşilər Olimpiadası” keçirilib və qaradərililəri orada ağır yarışlara çıxarıblar.
Bu tarixi iyrənclik İkinci Dünya Müharibəsindən sonra qadağan olunmağa başladı. Lakin buna baxmayaraq Belçika 1958-ci ilə qədərə “ənənəyə” sadiq qalaraq insanları təhqir etməyə davam etmişdi.
Okeanın o tayında – Amerikada da bu addımlar eyni ilə Avropada olduğu kimi həyata keçirilib. Orada hətta bir qədər də irəli gedərək, Afrikadan gətirilmiş qaradərili insanlara qucaqlarında meymun tutmağı və beləliklə aralarında heç bir fərq olmadığını sübut etməyə cəhdlər göstərirdilər.
(Ota Benq adlı bu zənci təkamül zəncirindəki keçid halqası kimi təqdim edilirdi. ABŞ-ın Missuri ştatı, 1904-cü il. O, Konqoya qayıda bilmədiyi üçün 1916-cı ildə intihar edib.)
Həm Avropa, həm də Amerikada insanların saxlandığı zooparklara tamaşaçı cəlb etmək üçün eyni ilə indi kinoteatrların qarşısında olduğu kimi böyük afişalar vurulurmuş.
Diqqət etdinizsə, baş verən hadisələrin hamısı “İnsan hüquqları”, “Demokratiya”, “Bərabərlik” və buna bənzər ifadələri tez-tez səsləndirən inkişaf etmiş Avropa dövlətləri və Amerikadır.
Düzdür, kimlərsə iddia edə bilər ki, bu hadisələr 100 ilə əvvələ aiddir və hazırda demokratik Qərb dünyasında bu cür hallar yoxdur, inkişaf ediblər, mədəniləşiblər və sair. Amma müasir dünyamızda baş verən hadisələrə diqqət etsək, heç də demokratik, mədəni Qərbi görə bilmərik. 100 il əvvəl afrikalını zooparkda nümayiş etdirən Qərb dünyası bu gün onların xəstəliklərlə çarpışdığını, aclıq və səfalət içərisində yaşadığını seyr etmirmi? Niyə Afrikada tüğyan edən xəstəliklərin heç biri Amerikada, Avropada müşahidə edilmir? Dünyanın ən varlı qitəsi olan Afrikada xalqlar niyə aclıq içində yaşayırlar? Məgər onlar səhiyyə istəmirlər? Onlar təhsil, normal qidalanma, güclü iqtisadiyyat istəmirlər? Təbii ki, istəyirlər, amma buna imkan verməyənləri hamımız yaxşı tanıyırıq. Necə ki, illər əvvəl törətdikləri qırğınları bu gün də Suriyada, İraqda, Əfqanıstan, Yəməndə, Liviyada, Fələstində birbaşa və dolayısı yolla həyata keçirirlər. Fərq etmir hakimiyyət başında duran kimdir. 1941-ci ildə hakimiyyət başında olan Adolf Hitlerlə Angela Merkel arasında heç bir fərq yoxdur. Fərq etmir Fransada hakimiyyətdə kim əyləşib; 1954-1962-ci illərdə Əlcəzair soyqırımında 1.5 milyon insanın qırılmasında birbaşa əli olan Şarl de Qol, ya da Liviyada 2011-ci ildə qırğınlar törədilən zaman Fransua Olland və ya indi də Makron. Eləcə də bu sözləri ABŞ, İngiltərə, İspaniya, İtaliya və sair Avropa ölkələri barədə deyə bilərik. Yəni mahiyyət və siyasət eynidir, 100 il əvvəl də belə olub, indi də belədir, indən sonra da belə olacaq: özünün rahatlığın üçün başqa xalqları qır, dövlətləri xarabazara çevir, talan et. Varmı əksini sübut etməyə çalışan?..
Aqil Mehdi