Menyu
"Troya atı" barədə nə bilirik?
TARİX

"Troya atı" barədə nə bilirik?

"Troya atı" Yunan döyüşçü Odisseyin Troya divarlarını aşmaq və şəhərə gizlicə girmək üçün düzəltdirdiyi taxtadan at maketidir.

Əfsanə bu cür nəql edilir: Müharibə təxminən 10 ildir davam edir. Əsgərlər bezmiş və yorğun haldadır. Zəkasına görə, Afina tərəfindən də sevilən Odisseyin ağlına taxtadan at düzəltmək fikri gəlir. Plana görə, spartalılar özlərini döyüşdən çəkilmiş kimi göstərib, divarın çölündə çox böyük bir taxta at qoyurlar. Odissey və digər seçmə döyüşçülər atın içinə gizlənirlər. Digərləri isə gəmilərə minərək Bozcaadanın (Egey dənizində yerləşir. Türkiyəyə məxsusdur) arxasında, troyalıların görə bilməyəcəyi şəkildə gizlənirlər. Planın həyata keçməsi üçün vəzifəsi taxta atın Troya divarlarından içəri girməsini təmin etmək olan bir əsgəri atın yanında qoyurlar. Düşmənin çəkildiyini görən troyalılar çaşqın vəziyyətdə qərb qapısının önündəki nəhəng taxta atın yanına gəlirlər. Bu vaxt irəli çıxan Sinon adlı spartalı əsgər yalandan ağlayıb-sızlayaraq yunanlara nifrət etdiyini, onu spartalıların geri qayıtması üçün lazımlı küləyin qalxması naminə qurban seçdiklərini və qaçaraq onlardan xilas olduğunu söyləyər və belə davam edir: "Taxta at Tanrı tərəfindən Afinaya müqəddəs bir qurbangah kimi göndərilib. Böyük olmasına səbəbi troyalıların onu dar şəhər qapılarından şəhərin içinə aparmasına maneə törətmək üçündür. Onlar gözləyirlər ki, troyalılar bu atı yandırsınlar. Bununla da Tanrı tərəfindən Afinanın hirsi Troya üzərinə yönəlsin. Amma troyalılar atı şəhərin içinə çəkib onu qorusalar, Afinanın lütfü troyalılar üçün endiriləcək."

Sülh həsrətiylə yanıb-alovlanan troyalılar bu yalana inanarlar və taxta atı şəhərin içinə çəkirlər. Gecə sülhü bayram etməyə başı qarışan və spirtli içkinin təsiriylə halsızlaşan troyalılar atın içindəki Afina döyüşçülərin qəfil toruna düşürlər. Bu zaman Troyanın divarlarına yaxınlaşan digər əsgərlərin də dəstəyi ilə Troya şəhəri tamamilə xarabazara çevrilir. Troyanın başdan-ayağa yandırıldığı bu qorxunc qırğından sonra yunan komandan Menelius troyalı Heleni götürərək Yunanıstana gedir.