"Qərbi Qərb edən islam alimləri" adlı kiçik məqalədə adı çəkilən şəxslər dünyaca məşhur alimlər olublar və böyük nailiyyətlər əldə ediblər. Oxucuların istəklərini nəzərə alaraq məqalədə adı çəkilən alimlərin hər birindən kiçicik bir hissənin də təqdim edilməsi üçün yeni araşdırmalarının dərcinə başlayırıq. Qərar aldıq ki, ilk məqalədə göstərilən sıralama ilə həmin şəxsləri təqdim edək. Beləliklə, ilk olaraq İbn Fəzlin kimliyi barədə kiçik məlumatı dərc edirik.
I məqalə
İbn Fəzl 739-cu ildə Abbasi İmperiyasında dünyaya gəlib.
Bərməkilər nəslindəndir. Əsl adı Yəhyadır.
Ən böyük uğuru və xidməti dünya tarixinin ilk kağız fabrikini qurmasıdır.
Təkcə İslam dünyasında deyil, bütün dünyada yeni bir dövrün başlanğıcı olan bu kağız fabrikini 794-ci ildə Bağdadda qurub.
751-ci ildə Səmərqəndə köç edən müsəlmanların çinlilərlə əlaqə qurduqdan sonra kağız istehsalını öyrənməsi, öyrəndikləri metodları inkişaf etdirib daha ucuz, daha möhkəm kağız istehsal etməsi və istehsal etdikləri kağızlardan daha geniş istifadə sahəsi yaratması nəticəsində Xəlifənin papirusu qadağan etməsi və müsəlmanların istehsal etdiyi kağızların istifadəsini əmr etməsi ilə İbn Fəzl ilk kağız fabrikini yaradır.
İlk kağız fabriki ilə bağlı Gosta və Le Bon kağızın yeni mədəniyyət başladacağını bildirdikdən sonra belə şərh edir:
"Perqamenti sıradan çıxaran kitab kağızını müsəlmanlar icad ediblər. Əgər bu olmasaydı, bizim intibahın necə olacağı barədə bir az düşünməliyik".
Libri isə, "Tarixdən müsəlmanları çıxarsanız, elmi intibahımız əsrlərlə geri qalmış olar", - deyə bildirir.
Vill Durant da "Mədəniyyət tarixi" adlı əsərinin "İman çağı" hissəsində belə yazır:
"Kağız emal üsulu müsəlmanlar tərəfindən Siciliya və İspaniyaya gətirildi. Oradan Fransa və İtaliyaya keçdi. Miladdan sonra 105-ci ildən etibarən Çində istifadə edildiyini gördüyümüz kağızı, 707-ci ildə Məkkə, 800-cü ildə Misir, 950-cə İspaniya, 1100-cə Bizans, 1102-də Siciliya, 1228-də Almaniya və 1309-da da İngiltərədə görürük".
İbn Fəzl 805-ci ildə dünyasını dəyişib.
Aqil Mehdi