Menyu
Sular dəyişəndə
HEKAYƏLƏR

Sular dəyişəndə

Bir gün Xızır insanlığa belə bir müraciət ünvanlayır:
"Gün gələcək, xüsusi yığılmış sulardan başqa bütün sular yix çıxacaq və onların yerinə yeni su yaranacaq, onu içənlər dəli olacaq, düşüncə tərzlərini itirəcəklər."
Onun məsləhətinə yalnız bir nəfər qulaq asır və xeylu su toplayır, etibarlı yerdə saxlayır.
Deyilən vaxt çatır və çaylar, quyular quruyur. Həmin adam isə ancaq öz topladığı sudan istifadə edir.
Yenidən çaylara, quyulara su gəldikdə isə o, yavaş-yavaş saxlandığı yerdən çıxır, insanlar arasına qatılır. O görür ki, insanlar əvvəlkindən fərqli düşünür, fərqli şəkildə danışırlar. Nə baş verdiyini və xəbərdar edildiklərini xatırlamırlar. Onlarla dannışmağa cəhd etdikdə isə onu dəli hesab edirlər, qəzəblənirlər, heç kəs onu anlaya bilmir.
Həmin adam isə onların içdiyi sulara toxunmur və hər gün öz saxladığı sudan içir. Və bir gün çaydan su içmək qərarına gəlir, çünki başqalarından fərqli yaşamaq, davranmaq və düşünməyin yaratdığı tənhalığa döz bilmir. O, yeni sudan içir və hamı kimi olur. Öz su ehtiyatını unudur və adamlar ona dəlilikdən möcüzəli şəkildə sağalmış adam kimi baxırlar.