Menyu
Kədərli kloun
HEKAYƏLƏR

Kədərli kloun

Bir gün psixiatrın müayinəsinə çox kədərli vəziyyətdə bir nəfər gəlir və başlayır danışmağa:
 
- Mənim sosial vəziyyətim çox yaxşıdır. Maddi mənada heç bir çətinliyim yoxdur. Səhhətim də yaxşıdır. Ancaq başqa bir problemim var; sevinə bilmirəm. Üzüm daim gülümsər olsa da, ürəyim sıxılır hər zaman. İçdən gülmək, qəhqəhə çəkmək, əylənmək istəyirəm. Məhz bunun üçün sizin yanınıza gəlmişəm.

- Dostum, sözün düzü, bu, mənim sahəmə aid bir məsələ deyil. Ancaq sənə bir təklif verə bilərəm. Oturduğumuz yerin qarşısına 10 gün əvvəl sirk gəlib, orada bir kloun da var. Hamı kimi mən də getdim. Çox gözəl idi, xüsusən də o kloun möcüzədir. Gülməkdən yerlə bil oldum, o qədər çox əyləndim ki. Sənə də o sirkə getməyi, xüsusilə o klounu seyr etməyi təklif edirəm.
 
Bunu eşidən pasiyentin sifəti əməlli-başlı düşür və pıçıldayaraq deyir:
- O kloun ki var, o mənəm.