Menyu
Fərqlilik yaratmaq gec deyil
HEKAYƏLƏR

Fərqlilik yaratmaq gec deyil

Bir nəfər səhər erkəndən Günəşin doğuşundan zövq almaq üçün çimərliyə düşür. Uzaqda, sahildə biri gözünə dəyir. Bir az yaxınlaşanda, çimərliyə çıxan dəniz ulduzunu suya atan bir uşaq olduğunu görür. Uşağa yaxınlaşır və soruşur:
- Niyə dəniz ulduzlarını suya atırsan?

Uşaq, "Günəş doğanda sular geri çəkilir. Onları suya atmasam, susuzluqdan öləcəklər", - deyə cavab verir.

Oğlan adamın, "çimərlik kilometrlərlə uzanır və atmaq üçün minlərlə dəniz ulduzu var. Nə fərqi var, nə dəyişəcək ki" sualını dinlədikdən sonra başqa bir dəniz ulduzunu okeana atıb cavab verir:
- Bu dəniz ulduzu üçün fərq etdi.

Adam başa düşür ki, oğlan təkcə dəniz mənzərəsini seyr etmək üçün deyil, bir fərqlilik yaratmaq üçün gəlib və ona qoşularaq dəniz ulduzlarını suya atmağa başlayır.

Həyatımız damla-damla axıb getdikcə başqalarının və sevdiklərimizin həyatında dəyişiklik etmək üçün nə edə biləcəyimizi düşünək.